Bank Of Baku

Göyçayda qeyri-adi təbiət hadisəsi baş verib

Göyçayda qeyri-adi təbiət hadisəsi baş verib
# 28 oktyabr 2008 14:54 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunun Şəhadət kəndində qeyri-adi təbiət hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini Niman Rəcəbovun həyətyanı sahəsindəki nar ağacının yuxarı gövdə hissəsində qoz ağacı yetişib və ağacı bu il bar verib. Nar və qoz ağacının bir gövdədən qidalanması və hər ikisinin məhsul verməsi çoxlarını heyrətləndirib. Hazırda nar ağacının 6, qoz ağacının 3 yaşı var. Ağaclar süni yolla calaq edilməyib və onların hər biri 3-4 metr hündürlükdədir.
Otuz ildən çoxdur ki, meyvəçiliklə məşğul olan N.Rəcəbov ilk dəfədir ki, bu cür təbiət hadisəsinin şahidi olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR