Bank Of Baku

UNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək

UNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək
# 28 oktyabr 2008 15:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın tanınmış yazıçı-publisisti Mir Cəlal Paşayevin 100 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq. APA-nın məlumatına görə, noyabrın 10-da UNESCO-nun Parisdəki qərargahında bununla bağlı xüsusi tədbir keçiriləcək. Tədbirdə UNESCO-nun baş direktoru Koiçiro Matsura və bu qurumun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edəcəklər. Tədbir zamanı yazıçının həyatı haqqında qısametrajlı film nümayiş etdiriləcək və foto-sərgi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR