Bank Of Baku

Bərdədə gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi başlayıb

Bərdədə gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi başlayıb
# 29 oktyabr 2008 02:57 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi münasibəti ilə Bərdədə gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilir. Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov APA-nın Qarabağ bürosuna bildirib ki, üç gün davam edəcək tədbirdə 100 nəfərədək yeniyetmə və gənclərdən ibarət idmançı gücünü sınayır. Yarışın sonunda qaliblər qiymətli hədiyyə və fəxri fərmanlarla mükafatlandırılacaq. Müvəffəqiyyət qazanan idmançılar eyni zamanda paytaxtda keçiriləcək güləş üzrə idman yarışlarına vəsiqə qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR