Bank Of Baku

Erməni mahnıları adı altında ABŞ-da buraxılan diskdəki musiqilərin Azərbaycana məxsus olduğu təsdiqlənib

Erməni mahnıları adı altında ABŞ-da buraxılan diskdəki musiqilərin Azərbaycana məxsus olduğu təsdiqlənib
# 29 oktyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Musiqi Akademiyası Nyu-York şəhərində (ABŞ) erməni mahnıları adı altında buraxılan Azərbaycan musiqilərindən ibarət diskə rəy verib. Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya bildirib ki, “Tradisional Grossroad” şirkəti tərəfindən erməni mahnıları adı altında buraxılan diskdəki 10-dan çox xalq və bəstəkar mahnısının, eləcə də həmin musiqilərin ifasında istifadə edilən musiqi alətlərinin Azərbaycana məxsus olduğu təsdiqlənib.

Ermənilər bu dəfə Azərbaycanın “İnnabı”, “Xan çobanı”, “Şalaxo” xalq rəqslərini, Ü, Hacıbəyovun “Çırpınırdın, Qara dəniz”, “O olmasın, bu olsun” operettasındakı “Gedin-gedin qazıya deyin”, E. Sabitoğlunun “Dağlar”, Ə. Məmmədovun “Gözəllər içrə sən, ey mahi-parə bir dənəsən” mahnılarını, “Müxalif dilkəş” muğamını, kamança, ud, nağara, qaval, balaban, tütək və ney milli musiqi alətlərini özününküləşdirməyə cəhd göstəriblər.

X. Həsənlinin sözlərinə görə, bununla bağlı “Tradisional Grossroad” şirkətinə sorğu göndəriləcək. Hazırda bu məqsədlə Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılır. Məsləhətləşmələrdən sonra diskin müəlliflik hüququnun qorunması ilə bağlı görüləcək növbəti tədbirlər müəyyənləşəcək.

Qeyd edək ki, bu disk MHA-ya bu ilin avqustunda Xarici İşlər Nazirliyi vasitəsilə daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR