Bank Of Baku

Azərbaycan Turizm İnstitutunda «Karyerada ilk addım» şüarı altında yarmarka keçirilib

Azərbaycan Turizm İnstitutunda «Karyerada ilk addım» şüarı altında yarmarka keçirilib
# 31 oktyabr 2008 09:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Azərbaycan Turizm İnstitutunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə «Karyerada ilk addım» şüarı altında yarmarka keçirilib.
«APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yarmarkanın məqsədi məzun və tələbələrə təhsil aldıqları ixtisas üzrə əmək bazarında olan tələbat barədə məlumat vermək, iş adamlarına gələcək kadrların seçiminin aparılmasına, məzun və tələbələrin ixtisasları üzrə vakant iş yerlərinə cəlb olunmalarına kömək göstərməkdir. Yarmarkada Bakı və Sumqayıt şəhərlərində turizm sahəsində fəaliyyət göstərən 40-a yaxın müəssisə 170-ə yaxın, eyni zamanda, Bakı şəhər Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan 3 minə yaxın iş yeri təqdim edilib.
İ.Rəhimov qeyd edib ki, bu il ərzində analoji təbdirlər Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran və Abşeron rayonlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında da təşkil olunub. Bu tədbirlərdə 272 müəssisə 1 560 vakant iş yeri təqdim edib, nəticədə məzun və tələbələrdən 422 nəfəri işlə təmin olunub, 200 nəfərə yaxını peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınıb, 2 413 nəfər barədə müəssisələrə şəxsi məlumatlar təqdim edilib. Müvəqqəti xarakterli işlərlə təmin olması məqsədi ilə 223 məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR