Bank Of Baku

Göyçayda “Nar bayramı” keçiriləcək

Göyçayda “Nar bayramı” keçiriləcək
# 03 noyabr 2008 10:30 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov- APA. Göyçay rayonunda noyabrın 7-də “Nar bayramı” keçiriləcək. APA-nın yerli bürosunun məlumatına görə, bayram tədbiri ilə əlaqədar xüsusi proqram hazırlanıb, Göyçay şəhərində təmizlik-abadlıq işləri görülüb, küçələr və parklar bayramsayağı bəzədilib. “Nar bayramı”na dəvət edilən 300-ə yaxın qonaq arasında nazirlər, deputatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, xarici və yerli iş adamları da var. Tədbir çərçivəsində rayondakı istehsal müəssisələrinin emal etdiyi müxtəlif çeşidli nar məhsullarından ibarət sərgi təşkil ediləcək, fərdi təsərrüfat sahibləri tərəfindən təxminən 35 növdə yetişdirilən nar və onlardan hazırlanan müxtəlif növ məhsullardan ibarət satış yarmarkası keçiriləcək. “Nar bayramı” incəsənət ustalarının konsert proqramı ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.
Qeyd edək ki, Göyçayda artıq üçüncü ildir ki, “Nar bayramı” keçirilir. Rayonda təxminən 3 min hektar sahədə nar yetişdirilir. Torpaq mülkiyyətçiləri hər il 23-24 min ton nar istehsal edirlər. Məhsulun təxminən 60 faizi Rusiyaya ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR