Bank Of Baku

İsveçin məşğuluq naziri Azərbaycana səfər edəcək

İsveçin məşğuluq naziri Azərbaycana səfər edəcək
# 05 noyabr 2008 07:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin noyabr ayının 17-də İsveçin məşğuluq naziri Sven Ottolittorin Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Sultanov məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun dəvəti ilə Bakıya gələn isveçli nazirin səfəri noyabrın 20-də başa çatacaq. Azərbaycana ilk dəfə səfər edən S.Ottolittorinin səfəri tanışlıq xarakteri daşıyır. Səfər zamanı iki ölkə arasında məşğulluq sahəsində əlaqələrin qurulması, yeni informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə ediləcək. Eyni zamanda, İsveçin məşğulluq sahəsində təcrübəsini öyrənmək üçün fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR