Bank Of Baku

İslamofobiyaya qarşı beynəlxalq fond yaradıla bilər

İslamofobiyaya qarşı beynəlxalq fond yaradıla bilər
# 05 noyabr 2008 12:17 (UTC +04:00)
Balı. Kəmalə Quliyeva - APA. Azərbaycanın Gənclər və İdman Nazirliyi islamofobiyaya qarşı beynəlxalq fond yaradılmasını təklif edir. APA-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Azərbaycan hökuməti hazırda Bakıda Avropa Şurası ilə birgə keçirilən “İslamofobiya və ksenofobiyanın qarşısının alınması: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransın yekunu olaraq belə bir fondun yaradılmasını təklif edəcək. Nazirin sözlərinə görə, yeni fond Avropa ölkələrində islamofobiyaya qarşı mübarizə ilə məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR