Bank Of Baku

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir olunan binasının açılışı olub

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir olunan binasının açılışı olub
# 05 noyabr 2008 13:27 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. Bu gün Şamaxı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir olunan binasının açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə,
345 çarpayılıq xəstəxananın təmirinə 2007-ci ilin noyabrından başlanıb. Səhiyyə Nazirliyinin xətti ilə dövlət vəsaiti hesabına yenidən qurulan binanın təmirinə 2 milyon 200 min manat vəsait xərclənib. Xəstəxana lazımi müasir tibbi avadanlıqlarla təchiz olunub. Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib. Nazir eyni zamanda xəstəxananın yoluxucu xəstəliklər şöbəsi üçün inşa olunan binanın tikintisi və Poliklinika Şöbəsində aparılan təmir işləri ilə maraqlanıb.
Qeyd edək ki, 1975-də istifadəyə verilən Şamaxı Mərkəzi Rayon Xəstəxanası indiyədək heç vaxt əsaslı təmir olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR