Bank Of Baku

Naxçıvanda 500 min ağaz əkiləcək

Naxçıvanda 500 min ağaz əkiləcək
# 05 noyabr 2008 22:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) 2008-ci ilin payız və 2009-cu ilin yaz mövsümündə aparılacaq yaşıllaşdırma tədbirləri çərçivəsində 500 000 ağac əkiləcək. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Eldar Əhmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bununla bağlı nazirliyin tabeli müəssisələri tərəfindən eyni sayda ting ehtiyatı yaradılıb. Nazirlik tərəfindən qəbul olunmuş tədbirlər planına əsasən hər iki mövsümdə 200 hektardan artıq ərazidə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.
E. Əhmədov onu da bildirib ki, artıq bununla bağlı regionda münasib ərazilərin sxem-planları hazırlanaraq əkiləcək ərazilərin torpaq və iqlim xüsusiyyətlərinə uyğun olaraq ting növləri müəyyənləşdirilib. Paralel olaraq əkin sahələrinin suvarılması üçün lazım olan su mənbələri müəyyən edilib ki, yaxın günlərdə əkin işlərinə start veriləcək. Əkiləcək ərazilərdə damcı üsulu ilə suvarma üsulundan istifadə olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR