Bank Of Baku

Azərbaycanda kütləvi epidemiya halında zəhərlənmə faktları qeydə alınmayıb

Azərbaycanda kütləvi epidemiya halında zəhərlənmə faktları qeydə alınmayıb
# 05 noyabr 2008 16:45 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. “Son günlər Bakıda məktəblilər arasında qeydə alınan zəhərlənmə hallarının vaxtı ötmüş və keyfiyyətsiz qida məhsullarından baş verdiyi məlum olub”. APA-nın Şirvan bürosunun xəbərinə görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, zəhərlənən məktəblilərin hər birinə yardım göstərilib, onların durumunda problem yoxdur: “Adətən hər il yay mövsümündə zəhərlənmə halları olurdu. Amma çox yaxşı haldır ki, bu yay kütləvi şəkildə zəhərlənmə faktı qeydə alınmayıb. Zəhərlənmələr epidemiya, infeksiya şəklində olmayıb. Belə hallar ancaq insanların laqeydliyi əsasında baş verib. Zəhərlənməyə səbəb olan qidalar həmişə laborator müayinədən keçirilir və xəstələr nəzarət altında saxlanılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR