Bank Of Baku

Azərbaycanda sosial siyasətin proqnozlaşdırılması üzrə yeni struktur yaradılacaq

Azərbaycanda sosial siyasətin proqnozlaşdırılması üzrə yeni struktur yaradılacaq
# 06 noyabr 2008 07:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Avropa İttifaqının Twinning Proqramı çərçivəsində «Sosial təyinatlı layihələrin qiymətləndirilməsi, proqnozlaşdırılması və aktuar hesablamalar» adlı yeni layihə həyata keçirəcək.
Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Sultanov «APA-Economics»ə açıqlamasında bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ƏƏSMN-də sosial siyasətin proqnozlaşdırılması üzrə potensial işçi qrupunun yaradılmasına nail olmaqdır. Gələn ildən icrasına başlanılması nəzərdə tutulan layihə beş ili əhatə edəcək. Layihə icra olunduqdan sonra ƏƏSMN-də sosial siyasətin proqnozlaşdırılması üzrə yeni strukturun yaradılacağı gözlənilir. Layihəyə Dünya Bankı da dəstək vermək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR