Bank Of Baku

Almaniya Federal Pensiya Sığorta İdarəsinin nümayəndə heyəti Azərbaycana gələcək

Almaniya Federal Pensiya Sığorta İdarəsinin nümayəndə heyəti Azərbaycana gələcək
# 06 noyabr 2008 09:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin noyabr ayının 10-13-də Almaniya Federal Pensiya Sığorta İdarəsinin (FPSİ) nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, səfərin məqsədi FPSİ ilə DSMF arasında imzalanmış 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişin müddəalarını reallaşdırmaqdır.
Sayca 6-cı olan budəfəki görüş sığorta-pensiya islahatlarının müasir mərhələsində aktual olan «İnsan resurslarının idarə edilməsi» mövzusuna həsr ediləcək. Almaniya nümayəndə heyətinin tərkibinə FPSİ-nin kadr şöbəsinin müdir müavini Yurgen Körper, təşkilati məsələlər üzrə bölmənin müdiri Vofqanq Yedke, FPSİ yanında sosial sığorta sahəsində mütəxəssislərin hazırlığı üzrə ali məktəbin direktoru Stefan Lovin daxildir.
Xatırladaq ki, DSMF-nin nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı Fondla FPSİ arasında ikitərəfli saziş imzalanıb. Həmin sənəd çərçivəsində tərəflərin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə seminarlar təşkil olunur. İndiyə qədər 3 belə birgə görüş Almaniyada, 2 görüş isə Azərbaycanda keçirilib. Bu görüşlərdə sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR