Bank Of Baku

Parlamentin Sosial siyasət daimi komissiyasının iclası keçirilib

Parlamentin Sosial siyasət daimi komissiyasının iclası keçirilib
# 12 noyabr 2008 15:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə edilib. Komissiyanın sədri Hadi Rəcəbli sənədin bu il oktyabrın 25-də parlamentdə Səhiyyə Nazirliyi əməkdaşlarının, dövlət və hökumət nümayəndələrinin, mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin keçirildiyini deyib. O bildirib ki, həmin tədbirdə səsləndirilən təkliflər işçi qrupu tərəfindən diqqətlə araşdırılıb, bütün vacib detallar nəzərə alınıb.
Deputat Məlahət İbrahimqızı dövlətin ailə siyasətini özündə əks etdirəcək qanun layihəsinin adına “ailə planlaşdırılması” sözünün əlavə olunduğunu söyləyib: “Sənəd məhz reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması sahəsində hüquqi əsasları tənzimləyəcək”.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Komissiyanın iclasında Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna və bir sıra digər sənədlərə texniki xarakterli dəyişiklik edilməsi ilə bağlı məsələyə də baxılıb və parlamentə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR