Bank Of Baku

Heydər Əliyev Fondu diabetli uşaqlar üçün növbəti humanitar aksiyaya başlayır

Heydər Əliyev Fondu diabetli uşaqlar üçün növbəti humanitar aksiyaya başlayır
# 13 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu 2004-cü ildən davamlı olaraq həyata keçirdiyi «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində noyabrın 14-dən növbəti humanitar aksiyaya başlayır. Fonddan APA-ya verilən məlumata görə, aksiyanın növbəti mərhələsində Bakıda şəkərli diabetlə qeydiyyata alınmış 17 yaşa qədər 200-dən artıq pasientə insulin preparatı və onun daha ağrısız, dəqiq yeridilməsinə imkan verən inyeksiya iynələri paylanacaq.

Dünyada yüksək keyfiyyətli insulin istehsalçısı kimi tanınan Danimarkanın «Novo Nordisk» şirkəti 2004-cü ildən Fondun bu layihəsində tərəfdaş kimi çıxış edir. Bu tərəfdaşlıq Azərbaycanda qeydiyyatda olan uşaq və yeniyetmələrin insulin problemini həll etməyə imkan verir.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR