Bank Of Baku

Bakıda “Beynəlxalq maliyyə institutlarının çağırışları” mövzusunda konfrans keçirilib

Bakıda “Beynəlxalq maliyyə institutlarının çağırışları” mövzusunda konfrans keçirilib
# 13 noyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) ilə birlikdə “Beynəlxalq maliyyə institutlarının çağırışları” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, AHİK-in sədr müavini Aqil Dadaşov Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının 60-a yaxın konvensiyasına və müvafiq tövsiyələrinə qoşulduğunu bildirib: “Azərbaycanın müstəqilliyinin ilk illərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ölkəni maliyyə cəhətdən zəif hesab edərək kreditlərin ayrılmasına ehtiyatla yanaşırdılar. 1994-cü ildə Dünya Bankı Azərbaycana cəmi 20 milyon dollar kredit ayırmışdı. Bu gün isə 1 milyard 200 milyon dollar həcmində kredit ayrılır. Amma təəssüf ki, kreditlərin mühüm hissəsi bank ekspertlərinin xidmətlərinə sərf olunur və bu, ayrılan vəsaitin real faydasını aşağı salır”. Dünyadakı maliyyə böhranına da toxunan A. Dadaşovun sözlərinə görə, bir çox ölkələrdə ardıcıl baş tutan tətillər göstərir ki, həmkarlar ittifaqları ilə məsləhətləşmədən sosial əmək islahatları aparmaq gərginliklə nəticələnir.

Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Sten Petersen, qurumun Moskva ofisinin rəhbəri Andrey Morst və digər natiqlər beynəlxalq maliyyə institutlarının yeritdiyi qeyri-sosial yönümlü siyasətə qarşı həmkarlar ittifaqlarının apardıqları mübarizə, qlobal maliyyə böhranı, onun yaranma səbəbləri və həlli yolları barəsində fikirlərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR