Bank Of Baku

«BP-Azerbaijan» şirkəti Türkiyənin Orta Doğu Texniki Universitetində magistr təhsili almaq üçün beş tələbə göndərəcək

«BP-Azerbaijan» şirkəti Türkiyənin Orta Doğu Texniki Universitetində magistr təhsili almaq üçün beş tələbə göndərəcək
# 13 noyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «BP-Azerbaijan» şirkəti Azərbaycanda neft-qaz ixtisaslı məzunlar üçün Təqaüd Proqramı təşkil edib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Proqram 2009-2011-ci təhsil ilində beş nəfərədək ixtisaslı Azərbaycan vətəndaşı üçün Türkiyədə Orta Doğu Texniki Universitetində (ODTU) geologiya, geofizika, neft mühəndisliyi və neftçıxarma texnologiyası üzrə magistr təhsili almağa imkan verəcək.
Bu proqrama 2001-ci ildən öz tərəfdaşları adından BP şirkəti rəhbərlik edir və proqramın bir hissəsi kimi neft və qaz sahəsində magistr təhsili almaq üçün nüfuzlu beynəlxalq universitetlərə bu günədək 32 nəfər azərbaycanlı göndərilib.
Məzunların təqaüd proqramı üçün seçki prosesi bir neçə mərhələdən ibarətdir və oraya namizədlərin münasibliyini müəyyən etmək üçün ərizələrin nəzərdən keçirilməsi, ingilis dili üzrə ilkin sınaq və finalçıların yekun siyahısının hazırlanması daxildir. Finalçılar daha sonra TOEFEL (xarici dil kimi ingilis dili sınağı) və MYİ (məzunlar üçün yazılı imtahan) üzrə imtahan verirlər və bundan sonra BP təmsilçiləri ilə fərdi müsahibədən keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR