Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini: “Tikinti sektorunda on minlərlə insan işsiz qala bilər”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini: “Tikinti sektorunda on minlərlə insan işsiz qala bilər”
# 13 noyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Hökumət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə imzaladığı “Kollektiv baş saziş”də əksini tapan məqamları vaxtında həyata keçirsə, beynəlxalq maliyyə böhranından az da olsa, təsirsiz ötüşə bilərik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov deyib. O, hər il hökumətlə “Kollektiv baş saziş” imzaladıqlarını xatırladıb: “Sazişdə proseslərin icra mexanizmləri, yeni iş yerlərinin açılması, insanların yeni peşələrə yiyələnməsi əksini tapır. Mənə elə gəlir ki, sazişdəki şərtlər həm hökumət, həm sahibkarlar, həm də həmkarlar ittifaqları tərəfindən nəzərdə tutulduğu vaxtda həyata keçirilsə, problemin öhdəsindən gəlmək olar”.

AHİK-in sədr müavini Azərbaycanın tikinti sektorunda durğunluğun acı nəticələrə gətirib çıxara biləcəyini də söyləyib: “İnşaat materialları bazarında qiymətlərin enməsi və tikintilərin azalması müşahidə olunur. Bu da tikinti sektorunda müəyyən durğunluğun göstəricisidir. Evlərin satılmaması, yeni tikintilərin azalması bu sektorda çalışan on minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər. Şübhəsiz ki, hökumət bu prosesin qarşısını almaq istiqamətində fəaliyyət göstərir. Hökumət həmkarlar ittifaqları, QHT-lərlə ciddi əlaqələr qurmalıdır ki, əhali bu problemi az hiss etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR