Bank Of Baku

Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini: “Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə əmək hüquqları pozulur”

Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini: “Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə əmək hüquqları pozulur”
# 13 noyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda fəaliyyət göstərən şirkət rəhbərləri bilməlidirlər ki, işçinin əmək hüququnun pozulmasına qarşı qanunun bütün tələbləri ilə çox ciddi mübarizə aparılacaq. Ölkə mətbuatının da bu məsələdə bizə dəstək verəcəyinə ümid edirik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov deyib. O bildirib ki, Azərbaycanda əmək hüquqlarının pozulması halları daha çox transmilli şirkətlərdə baş verir: “Transmilli şirkətlərin əsas ofisləri dünyanın aparıcı ölkələrində yerləşir. Amma bu da hamıya bəllidir ki, əmək hüquqlarının pozulması halları həmin şirkətlərdə daha çox müşahidə olunur. Azərbaycanda belə halların baş verməsinin səbəbi odur ki, ölkəmiz müstəqilliyini yeni qazanıb. Müstəqilliyin ilk illərində xarici sərmayəçilərin ölkəyə cəlb olunmasında maraqlı idik. Bu gün ölkə inkişaf edir. Transmilli şirkətlərdə əmək hüquqlarının pozulmasına qarşı apardığımız mübarizə öz bəhrəsini yavaş-yavaş verməkdədir”. A. Dadaşov belə neqativ halların yalnız enerji sektorunda olmadığını da söyləyib: “Ölkənin tanınmış rabitə operatorları olan “Azercell” və “Bakcell” şirkətlərində də belə hallar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR