Bank Of Baku

Azərbaycanla Türkiyənin ali təhsil sahəsindəki əməkdaşlığı və problemlər müzakirə edilib

Azərbaycanla Türkiyənin ali təhsil sahəsindəki əməkdaşlığı və problemlər müzakirə edilib
# 13 noyabr 2008 10:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyənin Yüksək Öyrətim Kurulunun (YÖK) sədri Yusuf Özcanla görüşüb. APA-nın məlumatına görə, M. Mərdanov deyib ki, çoxdan gözlənilən bu səfər iki ölkə arasında ali təhsil sahəsindəki problemlərin həllinə yardım edəcək. O bildirib ki, azərbaycanlı tələblərin oxuduğu ölkələr arasında Türkiyə birinci yerdədir, eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi tələblər arasında da türk vətəndaşları ilk yeri tutur. Hazırda Türkiyənin ali məktəblərində dövlət xətti ilə 599 azərbaycanlı, Azərbaycanda isə 4386 türk tələbəsi (171-i dövlət xətti ilə) təhsil alır.

M. Mərdanov problemlərin də mövcudluğunu söyləyərək əsas problemlərdən birinin diplomların tanınması olduğunu vurğulayıb: “Əsas ixtisaslar üzrə diplomların tanınmasında problem yoxdur, amma hüquq, beynəlxalq hüquq və tibb ixtisasları üzrə diplomlarımız Türkiyədə tanınmır. Bu, iki ölkənin təhsil sistemləri arasında fərqlə bağlıdır. Bizdə keçmiş sovet təhsil sistemi qalıb. Bu isə diplomların tanınmasına imkan vermir. “Təhsil haqqında” qanun qəbul edilənə qədər bu problemlər qalacaq”.

Nazir azərbaycanlı tələbələrin təhsil almaq üçün daha çox Ankara və İstanbuldan kənardakı ali məktəblərə göndərilməsindən narahat olduğunu və azərbaycanlı tələbələrin məhz bu iki şəhərdəki universitetlərdə təhsil almasını istədiklərini bəyan edib.

Y. Özcan isə bildirib ki, Azərbaycan Türkiyənin dəstəyini daim hiss etməlidir: “Biz əlaqələrin daha da genişləndirilməsi üçün əlimizdən gələni edəcəyik. Yəqin ki, siz də edərsiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR