Bank Of Baku

Bakıda “Uşaq və yeniyetmələrdə şəkərli diabet” mövzusunda konfrans keçirilib

Bakıda “Uşaq və yeniyetmələrdə şəkərli diabet” mövzusunda konfrans keçirilib
# 13 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Diabet Liqası” və Sanofi-Aventis” şirkətinin təşkilatçılığı ilə ”Uşaq və yeniyetmələrdə şəkərli diabet” mövzusunda Dünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib ki, son beş ildə səhiyyəyə ayrılan xərclər 7 dəfə artıb, son üç ildə isə səhiyyənin ən ağrılı sahələrinə aid 9 dövlət proqramı qəbul olunub. Son illər ölkədə şəkərli diabet xəstələri ilə bağlı iki qanunun qəbul olunduğunu xatırladan S. Kərimov deyib ki, bu, xəstələrə göstərilən dövlət qayğısı nəticəsində mümkün olub. O, səhiyyə nazirinin əmri ilə bütün bölgələrdə diabet mərkəzlərinin yaradıldığını, xəstələrin dərman təminatının pulsuz həyata keçirildiyini vurğulayıb.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə diabetin daha çox sosial xəstəlik olduğuna diqqət çəkib. O, Azərbaycanda diabetli xəstələrlə bağlı hüquqi bazanın yaradıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, hazırda dünyada 250 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir, 20 il sonra isə bu rəqəmin 380 milyona çatacağı gözlənilir: “Bu artıq bütün dünyada şəkərli diabetə qarşı birgə mübarizə aparmağın vacibliyindən xəbər verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR