Bank Of Baku

Leyla Seyidbəyova: “Paytaxt həkimləri attestasiyadan keçməkdən qorxurlar”

Leyla Seyidbəyova: “Paytaxt həkimləri attestasiyadan keçməkdən qorxurlar”
# 13 noyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Bakı şəhərində 2 mindən artıq həkim işləyir. Artıq ötən ildən həkimlərin attestasiyasına başlanılıb. Bu barədə Bakıdakı tibb müəssisələrinə məlumat vermişik və bildirmişik ki, attestasiyadan keçərək kateqoriya alan həkimlərin əmək haqlarında fərq olacaq”. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova məlumat verib. İdarə rəisinin sözlərinə görə, paytaxt həkimləri attestasiyadan keçməkdən qorxurlar: “Çoxunun müasir müalicələrdən, müasir diaqnostikadan xəbərləri olmur və ona görə də yoxlamadan keçməyə ehtiyat edirlər. Hələlik attestasiya könüllüdür və biz həkimləri buna məcbur edə bilmərik. Eyni zamanda, istəyirik ki, yerlərdə işləyən həkimlərimiz savadlı olsunlar”.

Leyla Seyidbəyova həmçinin, Bakının mərkəzdən kənar ərazilərində endokrinoloq, onkoloq və mama-ginekoloqların çatışmadığını bildirib. Onun sözlərinə görə, vakant yerlər əsasən paytaxtın mərkəzində deyil, kənarlarda mövcuddur: “Bakı şəhəri üzrə vakansiya yoxdur, amma şəhərdən kənar vakansiya yerləri çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR