Bank Of Baku

Azərbaycanda 13 yaşa qədər olan 1929 qüsurlu uşaq var

Azərbaycanda 13 yaşa qədər olan 1929 qüsurlu uşaq var
# 13 noyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkədə 13 yaşa qədər 1929 qüsurlu uşağın olduğunu deyib. APA-nın məlumatına görə, Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən O. Şirəliyev ana və uşaq ölümü ilə bağlı məsələyə də münasibətini bildirib: “Bu, çox vacib problemdir. Bir müddət bundan əvvəl mətbuatda vurğulanırdı ki, Azərbaycanda ana ölümü az qala geridə qalan ölkələrlə bir səviyyədədir. Biz o məsələni dəqiqləşdirdik. Bu məlumatları yayan beynəlxalq qurumlar – Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF etiraf etdilər ki, həmin rəqəmlər düzgün deyil. Real rəqəmlər hələ bir neçə il bundan qabaq belə idi ki, hər min diri doğulan uşaqdan 80-nə yaxını ölür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR