Bank Of Baku

BMT: 2050-ci ilədək MDB ölkələrində Azərbaycan da daxil olmaqla yalnız beş ölkədə əhalinin sayı artacaq

BMT: 2050-ci ilədək MDB ölkələrində Azərbaycan da daxil olmaqla yalnız beş ölkədə əhalinin sayı artacaq
# 13 noyabr 2008 13:24 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT-nin dünyadakı demoqrafik proseslərlə bağlı son hesabatında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın əhalisinin növbəti 40 ildə artacağı qeyd olunur. Ən böyük artım Tacikistanda qeydə alınacaq – illik artım səviyyəsi 1,5 faiz təşkil edən bu ölkənin əhalisinin 40 il ərzində 4 milyon nəfər artaraq 10,8 milyon nəfərə çatacağı gözlənilir. MDB məkanına daxil digər ölkələrdə əhalinin sayının azalacağı gözlənilir. Bu müddət ərzində Rusiyanın əhalisi 141,8 milyon nəfərdən 107,8 milyona, Belarusun əhalisi 9,6 milyondan 7 milyon nəfərə, Ukraynanın əhalisi 45,9 milyondan 30,9 milyon nəfərədək azalacaq. Gürcüstan, Ermənistan və Moldovanın da əhalisinin bu müddət ərzində 2,9 milyon nəfərədək azalması gözlənilir.

Ümumiyyətlə, 2050-ci ildə dünya əhalisinin sayı 1,5 dəfə artaraq 9,2 milyard nəfər təşkil edəcək. Əhalinin artımı əsasən Afrika ölkələrinin hesabına baş verəcək. Bu qitədə əhalinin illik artımı 2,3 faiz təşkil edir. Afrikanın ən sıx məskunlaşmış ölkəsi olan Konqo Demokratik Respublikasında 40 il sonra 186 milyon nəfər yaşayacaq. Hazırda bu ölkənin əhalisinin sayı 65 milyon nəfərdir.

Asiya qitəsində isə orta illik əhali artımı 1,1 faizdən çox olmayacaq. Bu qitədə artım əsasən Çin dövlətinin hesabına baş verəcək. 40 il ərzində Çinin əhalisinin sayı 100 milyon nəfər artaraq 1,4 milyard nəfərə çatacaq. Bu müddətdə Hindistan əhalinin sayına görə Çini ötmüş olacaq – 1,658 milyard nəfər.

Avropanın əhalisinin isə 731 milyon nəfərdən 664 milyon nəfərədək azalması gözlənilir. “Köhnə Dünya”da yalnız İrlandiyadan əhali artımı müsbət saldo ilə ölçülür. Bolqarıstanda isə əhalinin sayı hər il 0,7 faiz azalır. Əhalinin azalması sürətinə görə digər Avropa ölkələrindən geri qalmayan Almaniya 2050-ci ildə də qitənin ən çox əhali məskunlaşan ölkəsi olacaq. Bu müddətdə Almaniya əhalisi 8,4 milyon nəfərə azalaraq 74,1 milyon nəfər təşkil edəcək. Hazırda 308 milyon nəfər əhalisi olan ABŞ əhalisinin sayı isə 2050-ci ilədək 94 milyon nəfər artaraq 402 milyon nəfərə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR