Bank Of Baku

Məhkəmə-Hüquq Şurasında Avropa insan hüquqları Konvensiyasının ölkədaxili tətbiqinə dair seminar keçirilib

Məhkəmə-Hüquq Şurasında Avropa insan hüquqları Konvensiyasının ölkədaxili tətbiqinə dair seminar keçirilib
# 13 noyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Məhkəmə-Hüquq Şurasında Avropa Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində “Avropa İnsan hüquqları konvensiyasının ölkədaxili tətbiqi dair” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, Avropa Şurasının insan haqları üzrə nüfuzlu ekspertləri tərəfindən keçirən seminarın açılışında çıxış edən Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri, hakim İlqar Xələfov insan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini bildirilib. O, seminarın keçirilməsində göstərilən dəstəyə görə Avropa Şurasının nümayəndələrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek Məhkəmə-Hüquq Şurası ilə səmərəli əməkdaşlıqdan və ölkədə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına dəstək verməkdən məmnun olduqlarını bildirib. İnteraktiv metodlarla Məhkəmə-Hüquq Şurasında keçirilən seminar zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prosedurları, məhkəmənin qərarlarının icrası və onların ölkədaxili qanunvericiliyə təsiri, Azərbaycana qarşı işlərin icmalı, insan hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarının tətbiqi məsələləri və s. mövzular üzrə mühazirələr dinlənilib, səmərəli təcrübə mübadiləsi və müzakirələr aparılıb.
Kurs zamanı hakimlərə metodiki kömək məqsədilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin seçilmiş qərarlarının külliyyatı, Avropa Konvensiyası və onun ayrı-ayrı müddəalarının şərhinə dair məlumat kitabçaları və digər vəsaitlər təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR