Bakıda “Mülki hüququn aktual problemlərinə dair” beynəlxalq elmi konfrans keçiriləcək
06 aprel 2009 11:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Noyabrın 12-14-də Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Mülki hüququn aktual problemlərinə dair” beynəlxalq elmi konfrans keçiriləcək. Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, konfransın əsas məqsədi hüquqi boşluqların aradan qaldırılması üçün irəli sürülən elmi-praktik təklifləri ümumiləşdirmək, texnologiyanın və işgüzar həyatın inkişafı ilə əlaqədar xüsusi və ümumi hüquq sahəsində meydana gələn müasir hüquqi problemlərinin həlli yollarını təsbit etmək, bu sahədəki beynəlxalq praktikanı Azərbaycana gətirməkdir. Tədbirdə ümumi, xüsusi hüququn, hüquqi təhsilin aktual problemləri müzakirə ediləcək.
Qeyd edək ki, ilk belə konfrans 2005-ci ildə keçirilib.
Qeyd edək ki, ilk belə konfrans 2005-ci ildə keçirilib.
Sosial
Epileptik tutmalara cərrahi müdaxilə ilə son qoymaq mümkündür! - VİDEO
21:37
7 sentyabr 2024
ADSEA: Xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə "Formula 1"ə hazırdır - VİDEO
21:23
7 sentyabr 2024
Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti: Məqsəd İtaliya-Azərbaycan Universiteti şəbəkəsində ADA ilə uzunmüddətli əməkdaşlıq qurmaqdır
16:17
7 sentyabr 2024
Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB - VİDEO
15:00
7 sentyabr 2024