Bank Of Baku

Salyanda Qarabağ müharibəsində əlil olmuş şəxsə fərdi yaşayış evi verilib

Salyanda Qarabağ müharibəsində əlil olmuş şəxsə fərdi yaşayış evi verilib
# 06 may 2009 08:51 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı-APA. Salyanda Qarabağ müharibəsində əlil olmuş şəxsə fərdi yaşayış evi verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyəti başçısının I müavini Etibar Hüseynov məlumat verib. Onun bildirdiyinə görə, Qarabağ müharibəsi zamanı əlil olmuş Salyan rayonunun Çuxanlı kənd sakini Ələkbərov Rövşən Dövlət oğluna Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunmuş iki otaqlı fərdi yaşayış evi hədiyyə edilib. Yaşayış evinin hədiyyə edilməsi mərasimində rayon və nazirlik rəsmiləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR