Bank Of Baku

“İrəli” İctimai Birliyi “Milli diskussiyalar” layihəsi çərçivəsində yaz debatlarına başlayıb

“İrəli” İctimai Birliyi “Milli diskussiyalar” layihəsi çərçivəsində yaz debatlarına başlayıb
# 06 may 2009 09:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün “İrəli” İctimai Birliyi “Milli diskussiyalar” layihəsi çərçivəsində yaz debatlarına start verib. APA-nın məlumatına görə, yaz debatlarının ilk raundunun müzakirə mövzusu “Biz avropalıyıqmı?” adlanır. Diskussiya 5 may Avropa gününə həsr olunub. Tədbirdə ekspert qismində Mili Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, politoloq Rasim Musabəyov, Avropa Komissiyası nümayəndəsi Kler de Lefard, “Milli diskussiya” layihəsinin rəhbəri Afaq Zeynalova çıxış ediblər.
Diskussiyada eyni zamanda 60 ya yaxın gənc iştirak edib. Çıxışçılar Azərbaycan üçün Avropaya intensiv və dərin inteqrasiyanın vacib olduğunu bildiriblər.
S. Seyidov deyib ki, bu, Azərbaycan gəncləri üçün vacib olan diskussiyadır: “Gənclər üçün Avropa dəyərlərini öyrənmək çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR