Bank Of Baku

Rusiya səfiri Azərbaycandakı müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edib

Rusiya səfiri Azərbaycandakı müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edib
# 06 may 2009 10:24 (UTC +04:00)
Bakı. Laçin Sultanova – APA. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkədəki müharibə (1941-1945) veteranlarını 9 may – Qələbə Günü münasibətilə təbrik edib. Səfirlikdən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri qismində sizləri Böyük Vətən müharibəsində qələbənin ildönümü münasibətilə ilk dəfə salamlamaq mənim üçün böyük şərəfdir. 9 may həqiqətən müqəddəs bayramdır. Onun əhəmiyyətini nə ötüb keçən illər, nə də faşizmi məğlub etmiş derjavanın ərazisində meydana çıxan dövlət sərhədləri kiçildə bilməz. Müharibə nə qurbanlarını, nə də qəhrəmanlarını milli mənsubiyyətinə görə ayırmayıb. Azərbaycanlıların faşizmin darmadağın edilməsinə verdiyi töhfələr onların vətəndaş borcunu təmənnasız yerinə yetirdiyinə dair nümunədir. Azərbaycanda bu bayramın qeyd olunması sivil dövlətin tarixi yaddaşının göstəricisidir. Xalqlarımızın həyatını və ləyaqətini qorumuş müzəffər döyüşçülərin və fədakar arxa cəbhə əməkçilərinin qarşısında baş əyirəm. Sizlərə səmimi qəlbdən can sağlığı, xoşbəxtlik və rifah arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR