Bank Of Baku

Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib

Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib
# 06 may 2009 10:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mərkəzi Qan Bankında 8 May - Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının yaranmasının 150 illiyi münasibətilə qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə, aksiyaya Parlament Jurnalistləri İctimai Birliyi və Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri qoşulublar. Qızıl Aypara Cəmiyyətinin (QAC) vitse-prezidenti Qafar Əsgərzadə bildirib ki, 8 may həm də Şuşanın işğal günü olduğundan təmsil etdiyi qurum Şuşa işğaldan azad olunana qədər hərəkatın yaranma gününün mayın 8-də deyil, mayın 6-7-də qeyd olunması qərarına gəlib. Q. Əsgərzadə qanvermə aksiyalarının Səhiyyə Nazirliyi ilə bağlanan anlaşma Memorandumu əsasında keçirildiyini söyləyib.

Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev deyib ki, bir neçə il əvvələ qədər ölkədə donor qana böyük ehtiyac var idi, lakin indi ölkənin mərkəzi qan bankında kifayət qədər qan ehtiyatı var.

Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə bildirib ki, bu, rəhbərlik etdiyi qurumun qoşulduğu dördüncü qanvermə aksiyasıdır: “Aksiyanı 8 may günü keçirməyimiz də təsadüfi deyil. Bu, onu sübut edir ki, Qarabağ döyüşçüləri Şuşanın işğal olunduğu gün yenə də qan verməyə və qan tökməyə hazırdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR