Bank Of Baku

Azərbaycan paytaxtında “Bakı Ürək Günləri” adlı beynəlxalq konqres keçiriləcək

Azərbaycan paytaxtında “Bakı Ürək Günləri” adlı beynəlxalq konqres keçiriləcək
# 06 may 2009 11:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə mayın 9-11-də Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” adlı beynəlxalq konqres keçiriləcək. Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev APA-ya bildirib ki, bu konqres Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticələrindən biridir: “Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsinin sürətli inkişafı məhz Heydər Əliyevin şəxsi təşəbbüsü əsasında beynəlxalq standartlar səviyyəsində yaradılan səhiyyə müəssisələrinin və xarici ölkələrdə yetişdirilən milli kadrların bu işə cəlb olunması nəticəsində mümkün olub”.

K. Musayev deyib ki, kardiologiya və ürək cərrahiyyəsinin aktual problemlərinin müzakirə olunacağı bu konqresdə dünyanın 15 ölkəsindən - ABŞ, İngiltərə, İspaniya, Hollandiya, İtaliya, İsveçrə, Almaniya, Rusiya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstandan dəvət olunmuş aparıcı mütəxəssislər və azərbaycanlı həkimlər iştirak edəcəklər.

Cəmiyyət sədrinin sözlərinə görə, konqres kardiologiya elmindəki ən son nailiyyətlərin dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə edilməsinə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR