Bank Of Baku

Bu il 400 məhkumun peşə kurslarına cəlb olunması nəzərdə tutulub

Bu il 400 məhkumun peşə kurslarına cəlb olunması nəzərdə tutulub
# 06 may 2009 11:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. 2009-cu ildə 400 məhkumun peşə kurslarına cəlb olunması nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyib. O bildirib ki, məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramının (2007-2010-cu illər) müvafiq bəndlərinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında tədbirlər planı imzalanıb. Plana əsasən cəzasının bitməsinə 3-6 ay qalmış məhkumlar üçün peşə kursları təşkil olunub. Kurslar Təhsil Nazirliyi tərəfindən təsdiqlənən tədris proqramı əsasında keçirilir. Məqsəd azadlığa çıxdıqdan sonra məhkumların əmək bazarında yer tapa bilmələridir. Ş. Xələfov 2008-ci ildə 80 məhkumun kurslara cəlb olunduğunu söyləyib. Bu il isə 400 məhkumun kurslara cəlb olunması nəzərdə tutulub. Ş. Xələfov Azərbaycandakı bütün cəzaçəkmə müəssisələrində belə kursların açılacağını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR