Bank Of Baku

Gəncədə Yaponiyanın dəstəyi ilə yeniləşən reanimasiya şöbəsi istifadəyə verilib

Gəncədə Yaponiyanın dəstəyi ilə yeniləşən reanimasiya şöbəsi istifadəyə verilib
# 06 may 2009 11:30 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxyiyar-APA Bu gün Gəncə şəhər 3 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin açılışı olub. APA-nın qərb bürosunun məlumatına görə, şöbənin açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Masamutsi Oki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Səhiyyə Nazirliyinin Gəncə şəhər şöbəsinin müdiri Mehman Rzayev və başqaları iştirak ediblər.
Şöbə “Gənc liderlər” İctimai Birliyinin layihəsi əsasında ən müasir tələblər səviyyəsində yenidən təmir edilib və rekonstruksiyalaşdırılıb. Layihə Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib və Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən müasir avadanlıqlarla təchiz edilib. Yaponiya hökumətinin rekonstruksiya üçün 88 min ABŞ dolları ayırıb. 10 çarpayılıq şöbədə 11 həkim, 26 tibb bacısı, 7 sanitar çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR