Bank Of Baku

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində faşizm üzərində qələbənin 64-cü ildönümünə həsr olunmuş sərgi açılıb

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində faşizm üzərində qələbənin 64-cü ildönümünə həsr olunmuş sərgi açılıb
# 06 may 2009 12:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində faşizm üzərində qələbənin 64–cü ildönümünə həsr olunmuş sərgi açılıb. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru Cahangir Soltanov sərgidə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində döyüşmək üçün Azərbaycanın şimal-qərb bölgəsindən səfərbərliyə alınmış əsgər və zabitlərə məxsus müxtəlif əşyaların nümayiş etdirildiyini bildirib. İkinci Dünya müharibəsində Zaqatala bölgəsindən cəbhəyə 6700-dən artıq hərbi mükəlləfiyyətli şəxsin səfərbər olunduğunu vurğulayan C. Soltanov onlardan 3600-dən çox döyüşçünün müharibədə həlak olduğunu, yerdə qalanlarının isə evlərinə qayıtdığını qeyd edib. Sərgidə nümayiş olunan əşyalar içərisində “Barbarossa” planının xüsusi hazırlanmış xəritə-maketi və digər maraqlı eksponatlar var.
C. Soltanovun sözlərinə görə, muzeyin əməkdaşları İkinci Dünya müharibəsində Zaqatala bölgəsindən olan insanların iştirakı ilə bağlı maraqlı faktlar toplayıb. Aparılan araşdırmalar nəticəsində İkinci Dünya müharibəsi illərində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən və əməliyyat təxəllüsü “Moris” olan məhşur sovet kəşfiyyatçısı Lev Aleksandroviç Serqeyevin Zaqatala qalasında hərbi xidmətdə olan çar zabiti Aleksandr Serqeyeviç Serqeyevin oğlu olduğu tarixi dəlillərlə müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR