Bank Of Baku

APA agentliyində İsveç jurnalistləri ilə görüş keçirilib - FOTOSESSİYA

APA agentliyində İsveç jurnalistləri ilə görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 may 2009 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. APA (Azeri-Press Agency) informasiya agentliyinin rəhbərliyi Bakıda səfərdə olan İsveç jurnalistlərdən ibarət nümayəndə heyəti ilə görüşüb. İsveçin «Österlens Folkhögskola»nın Avrasiya üzrə direktoru Ove Erikssonun başçılıq etdiyi jurnalistlər qrupu görüşdə əsas diqqəti Azərbaycanda mövcud siyasi, iqtisadi və sosial vəziyyətə yönəldib, inkişaf perspektivləri və mövcud problemlərlə bağlı çoxsaylı suallar verib və bu suallar ətrafında ətraflı müzakirələr aparılıb.
Belə ki, İsveç jurnalistlərini daha çox Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bu prosesin KİV-in rolu, siyasi və söz azadlığı, ölkənin bölgədə baş verən proseslərdə yeri və rolu, iqtisadiyyatın neftdən asılılığı, dünya iqtisadi və maliyyə böhranının Azərbaycana təsiri, əhalinin sosial müdafiəsi və digər aktual məsələlər maraqlandırıb.
Görüşdə APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı, «APA-Economics»in redaktoru Vüqar Mustafayev və «APA-Economics»in iqtisadçı eksperti Vahab Rzayev tərəfindən Azərbaycanda siyasi, iqtisadi və sosial vəziyyətlə bağlı ətraflı məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Azərbaycanda söz azadlığının təmin olunması məsələsi üzrə aparılan fikir mübadiləsi zamanı V.Mahirqızı ölkənin media sahəsində hər hansı formada senzuranın olmadığını, jurnalistlərin istənilən mövzuda yazmaq imkanı olduğunu vurğulayıb. Bundan başqa, neft gəlirlərinin Dövlət Neft Fondunda toplanması və xərclənməsi siyasəti, buna nəzarət mexanizmləri haqqında qonaqlara bilgi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR