Bank Of Baku

Azərbaycanın səhiyyə naziri Yunanıstanın nümayəndə heyətini qəbul edib

Azərbaycanın səhiyyə naziri Yunanıstanın nümayəndə heyətini qəbul edib
# 06 may 2009 13:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Yunanıstan- Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiarasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iqtisadi və mədəni əlaqələrlə yanaşı, ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərindən, habelə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan danışılıb. K. Tsiaras Azərbaycan və Yunanıstan arasında səhiyyə və tibb elmi sahəsində, habelə əczaçılıq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Tədbirdə bildirilib ki, Azərbaycanın Səhiyyə Nazirliyi ilə Yunanıstanın Səhiyyə və Sosial Bərabərlik Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq sazişi yoxdur. Bu sahədə əməkdaşlıq ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın qərarları ilə həyata keçirilir. Qeyd edək ki, görüşdə Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri, Milli Məclisin üzvi Hadı Rəcəbli və Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoanis Metaksas da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR