Bank Of Baku

Səbail rayonunda “Gül bayramı” keçirilib

Səbail rayonunda “Gül bayramı” keçirilib
# 06 may 2009 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Səbail rayonunda “Gül bayramı” keçirilib. Rayon icra hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Badamdar qəsəbəsində yeni istifadəyə verilmiş Heydər Əliyev Parkında keçirilən bayramda rayon ərazisində fəaliyyət göstərən orta məktəblərin şagirdləri iştirak ediblər. Parkda yeni gül, kol və ağaclar əkilib, orta və orta-ixtisas, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan, balıqqulağı və digər materiallardan tablolar, applikasiyalar, gül kompozisiyaları hazırlayıblar. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov rayon ictimaiyyətinin nümayəndələri ilə Heydər Əliyev Parkını ziyarət edib, bayram iştirakçıları ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR