Bank Of Baku

Zaqatala Diaqnostika Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı keçirilib

Zaqatala Diaqnostika Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı keçirilib
# 06 may 2009 14:23 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Zaqatala Diaqnostika Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(ARDNŞ) Sosial İnkişaf idarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu məlumat verib. Məlumata görə, bu gün Zaqatala Diaqnostika Mərkəzində aparılan açıq ürək cərrahiyə əməliyyatı humanitar aksiya xarakteri daşıyır, Heydər Əliyev Fondunun və ARDNŞ-nin təşəbbüsü ilə həyata keçirilib. Aksiyaya Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyə şöbəsinin müdiri Rəşad Mahmudov başda olmaqla şöbənin bir qrup həkimi cəlb edilib. Cərrahiyyə əməliyyatı ürəyində anadangəlmə qüsurlar olan üç xəstə(18 yaşlı qızın, 2 və 5 yaşlı uşaqların) üzərində aparılıb. Əməliyyatdan sonra xəstələr Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrin durumu normal qiymətləndirilir.
Ə. Fəqanoğlu, humanitar aksiyanın sabah da davam edəcəyini bildirib. Sabah 13 yaşlı qızın və 45 yaşlı qadının ürəyində cərrahiyyə əməliyyatı aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR