Bank Of Baku

Sabirabadda Qarabağ müharibəsi iştirakçılarına və şəhid ailələrinə mənzillər verilib

Sabirabadda Qarabağ müharibəsi iştirakçılarına və şəhid ailələrinə mənzillər verilib
# 07 may 2009 08:30 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı-APA. Sabirabad rayonunda Qarabağ müharibəsi iştirakçılarına və şəhid ailələrinə mənzillər verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Bu gün şəhərin mərkəzində yerləşən 16 mənzilli binanın mənzilləri Qarabağ müharibəsi iştirakçılarına və şəhid ailələrinə təqdim edilib. Mənzillərin açarlarının təqdim olunma mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov və Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürov iştirak ediblər. Mənzil alanların içində Milli Qəhrəman Fərhad Ağayevin də ailəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR