Bank Of Baku

Təhsil Nazirliyi Azərbaycanın hər rayonunda ən azı bir nümunəvi məktəb yaradacaq

Təhsil Nazirliyi Azərbaycanın hər rayonunda ən azı bir nümunəvi məktəb yaradacaq
# 07 may 2009 10:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi Azərbaycanın hər rayonunda ən azı bir nümunəvi məktəb yaratmağı nəzərdə tutur. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov söyləyib. Onun sözlərinə görə, hazırda nazirlik orta məktəblərin məktəb-liseylərə çevrilməsi istiqamətində iş aparır: “Hər bir rayonda yaradılacaq nümunəvi məktəblərin məktəb-lisey, yaxud da gimnaziya adlandırılmasının xüsusi əhəmiyyəti yoxdur. Əsas odur ki, hər rayonda yüksək standartlara və güclü maddi-texniki bazaya, peşəkar kadr potensialına malik məktəblər olsun. Yəni əsas məqsədimiz təhsilin məzmununda irəliləyişə nail olmaqdır. Nə qədər ki, bütün məktəblərdə təhsilin keyfiyyətini arzu olunan səviyyəyə çatdırılmasına nail olunmayıb, hər rayonda ən azı, bir nümunəvi məktəbin yaradılması vacibdir”.

Nazirin sözlərinə görə, rayonlarda yaradılması nəzərdə tutulan nümunəvi məktəblər Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin təhsil müəssisələrinə alternativ olmalıdırlar. M. Mərdanov belə məktəblərdən birinin ötən il Bakının Yasamal rayonunda yaradıldığını söyləyib: “Zərifə Əliyevanın adını daşıyan bu məktəb indi bir nömrəli təhsil müəssisəsi kimi tanınır. Mənə elə gəlir ki, bu məktəb ölkənin ən yaxşı məktəblərindən biri olacaq. Belə məktəbləri Bakıda və kənd rayonlarında da yaradacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR