Bank Of Baku

Ombudsmanın çevik araşdırma qrupu müvəqqəti saxlanma təcridxanalarına və polis bölmələrinə baxış keçirib

Ombudsmanın çevik araşdırma qrupu müvəqqəti saxlanma təcridxanalarına və polis bölmələrinə baxış keçirib
# 07 may 2009 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanovanın çevik araşdırma qrupu müvəqqəti saxlanma təcridxanalarına və polis bölmələrinə baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrup Sumqayıt şəhər Polis İdarəsinin, Abşeron rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına, 1, 2, 3 və 4-cü polis bölmələrinə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə baxış keçirib. Saxlanılan şəxslərin əksəriyyəti onlara qarşı rəftardan narazı olmadıqlarını söyləsələr də, bəziləri məhkəmə qərarlarından və istintaqın gedişindən şikayətlənib. Qrup müvəqqəti saxlanma yerlərində şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR