Bank Of Baku

Bakı məktəbliləri arasında keçirilən “Azərbaycan – dünyam mənim” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı məktəbliləri arasında  keçirilən  “Azərbaycan – dünyam mənim” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 07 may 2009 11:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan – dünyam mənim” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva bildirib ki, 330 min şagirdin təhsil aldığı Bakı məktəblərində müsabiqəyə böyük maraq göstərilib. Müsabiqənin iki ay davam edən seçmə mərhələsində 13 istiqamət üzrə 74 şagird qalib seçilib. Bunlardan 28 şagird birinci, 30 nəfər ikinci, yerdə qalanı isə üçüncü yeri tutub. Müsabiqə ədəbi-bədii və kompüter layihələri üzrə keçirilib.

Təhsil naziri Misir Mərdanov da bu müsabiqənin şagirdlər üçün əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir bildirib ki, belə müsabiqələrin əhatə dairəsi genişləndirilməsi, hətta kənd məktəblərində keçirilməsi nəzərdə tutulur. Azərbaycanda istedadlı gənclərə böyük önəm verildiyini vurğulayan nazirin sözlərinə görə, ölkədə istedadlı gənclərin aşkara çıxarılması məqsədi ilə xüsusi dövlət proqramı hazırlanıb və hazırda icra edilir. M. Mərdanov hökumət tərəfindən Azərbaycan gənclərin xarici ölkələrdə təhsil alması istiqamətində atılan addımları da bu istiqamətdə görülən işlərdən sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR