Bank Of Baku

“Bakı ürək günləri” adlı beynəlxalq konqresə 15 ölkədən aparıcı mütəxəssislər qatılacaq

“Bakı ürək günləri” adlı beynəlxalq konqresə 15 ölkədən aparıcı mütəxəssislər qatılacaq
# 07 may 2009 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə mayın 9-11-də Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı ürək günləri” adlı beynəlxalq konqres keçiriləcək. APA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, kardiologiya və ürək cərrahiyyəsinin aktual problemlərinin müzakirə olunacağı konqresdə 15 ölkədən – Türkiyə, ABŞ, İngiltərə, İspaniya, Hollandiya, İtaliya, İsveçrə, Almaniya, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstandan dəvət olunmuş mütəxəssislər iştirak edəcək. Bu konqres kardiologiya elmindəki ən son nailiyyətlərin dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə edilməsinə imkan verəcək.
Kardioloq Firdovsi İbrahimov isə deyib ki, Avropada olduğu kimi, Azərbaycanda da ürək xəstəlikləri insan ölümünün birinci səbəbidir. Onun sözlərinə görə, sovet dövründə ürək cərrahiyyəsinə çox az sərmayə yatırılıb və bu istiqamətdə əsas işlərin görülməsinə Azərbaycan müstəqillik əldə etdikdən sonra başlanıb.
Kardioloq Üzeyir Rəhimov digər ölkələrlə müqayisədə Azərbaycanda revmatizmal xəstəliklərin o qədər də çox olmadığını, ürək-damar xəstəliklərinin isə geniş yayıldığını söyləyib. O, Azərbaycanda ürək-damar xəstəliklərinin geniş yayılmasının əsas səbəblərindən biri kimi insanların məsuliyyətsizliyini və qida rejimini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR