Bank Of Baku

Nazir: “Donuz qripi” qeydə alınan ölkələrlə Azərbaycana arasında idxal və ixrac əməliyyatları dayandırılıb”

Nazir: “Donuz qripi” qeydə alınan ölkələrlə Azərbaycana arasında idxal və ixrac əməliyyatları dayandırılıb”
# 07 may 2009 11:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Hazırda dünyanın 21 ölkəsində “donuz qripi” xəstəliyi qeydə alınıb. Həmin ölkələrdən Azərbaycana idxal və ixrac əməliyyatları dayandırılıb. Bu xəstəliklə əlaqədar, Azərbaycanda vəziyyət stabildir, heç bir problem yoxdur. Buna baxmayaraq, lazımi tədbirlər görülür”. APA-nın məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazir bildirib ki, bir neçə gün əvvəl bu problemlə bağlı Nazirlər Kabinetində baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə toplantı keçirilərək müvafiq tapşırıqlar verilib.

İ. Abasovun sözlərinə görə, məsələ ilə bağlı bütün müvafiq dövlət orqanları tərəfindən lazımi tədbirlər görülür: “Donuzçuluqla məşğul olan sahibkarlar öz təsərrüfatlarını qapalı şəraitdə saxlamalıdır. Biz onlara tövsiyələr vermişik. Bu xəstəliyin Azərbaycanda olub-olmaması ilə bağlı mütəmadi monitorinqlər aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR