Bank Of Baku

Ermənilər Qarabağ meşələrinin nadir ağaclarını məhv edir

Ermənilər Qarabağ meşələrinin nadir ağaclarını məhv edir
# 07 may 2009 12:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrdə Şuşa ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bır necə fakt aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işğaldan sonrakı 17 il ərzində Qarabağ meşələrinin nadir çoxillik ağaclarından Şuşada yanacaq kimi istifadə olunub. Şuşa şəhərinin yuxarı hissəsində, Q. Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Rayonun Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib. Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada tikintilər inşa olunub.

Qeyd edək ki, ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisinin 20%-ni meşələr təşkil edir. Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min m3/gün və 25 min m3/gün olan Şırlan və Turşsu mineral su yataqları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR