Bank Of Baku

Kitab Klubunda “Azərbaycan nəşrləri” kataloqunun 12-ci sayının təqdimatı keçirilib

Kitab Klubunda “Azərbaycan nəşrləri” kataloqunun  12-ci sayının təqdimatı keçirilib
# 07 may 2009 13:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Kitab Klubunda “Azərbaycan nəşrləri” kataloqunun 12-ci nömrəsinin təqdimatı keçirilib. Kitab Klubunun direktoru Elxan Rzayev APA-ya bildirib ki, kataloqun bu nömrəsinə 500-dən artıq kitab haqqında məlumat yerləşdirilib. Kataloqa yerləşdirilən kitablar 125 nəşriyyat - poliqrafiya müəssisəsində nəşr olunub. Onlardan 19-u xarici nəşriyyatdır. E. Rzayev bildirib ki, 52 səhifədən ibarət olan kataloq 3 min tirajla nəşr olunub. Burada son bir neçə ildə respublikada işıq üzü görmüş kitablar haqqında kifayət qədər məlumat verilib. Jurnal - kataloqda yeni çap olunmuş kitab haqqında məlumatların yerləşdirilməsi pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR