Bank Of Baku

Mayın 12-dən iyulun 17-dək vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə keçiriləcək

Mayın 12-dən iyulun 17-dək vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə keçiriləcək
# 07 may 2009 14:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən martın 6-da elan edilmiş müsabiqənin test imtahanı mərhələsindən uğurla keçən namizədlərlə müsahibələr mayın 12-dən iyulun 17-dək keçiriləcək. Bu barədə APA-ya komissiyanın mətbuat xidmətindən məlumat verilib. Müsahibə mərhələsində 29 dövlət orqanı üzrə 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün aprelin 25-də keçirilən test imtahanında qeydiyyatdan keçmiş 2862 namizəddən mümkün olan 80 balı toplayan 532 nəfər (bütün namizədlərin 18,59%-i) iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR