Bank Of Baku

Qüdrət Həsənquliyev: “Hakimlərin imtahanı yüksək səviyyədə təşkil olunub”

Qüdrət Həsənquliyev: “Hakimlərin imtahanı yüksək səviyyədə təşkil olunub”
# 07 may 2009 16:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Hakim yerinə namizədlərin bu gün keçirilən test imtahanı beynəlxalq standartlara uyğun təşkil edilib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Hüquqşünaslar Konfederasiyasından imtahanda müşahidəçi qismində iştirak edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. O, imtahanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Əsas diqqət çəkən məqam odur ki, sualların müəyyənləşməsi prosesi namizədlərin və müşahidəçilərin iştirakı ilə həyata keçirilib”.

Q. Həsənquliyev deyib ki, imtahan cavablarının yoxlanması prosesi də müasir texnologiyadan istifadə etməklə həyata keçirilib: “Cavablar hamının gözü qarşısında yoxlanıldı, nəticələr dərhal zalda quraşdırılan ekran vasitəsilə açıqlandı”.

O, növbəti mərhələlərin də bu şəkildə keçirilməsinin zəruriliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR