Bank Of Baku

Azərbaycanın təhsil naziri ölkədə müəllim çoxluğundan narahatdır

Azərbaycanın təhsil naziri ölkədə müəllim çoxluğundan narahatdır
# 08 may 2009 08:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bölgələrdə müəllim çatışmazlığı problemi demək olar ki, həll olunub. İndi biz daha çox müəllim çoxluğundan narahatıq”. Bunu APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, hazırda işsiz müəllimlərin problemlərinin həllinə çalışırlar: “Ölkədə kifayət qədər müəllim var, amma biz onların arasından yaxşılarını seçirik”.

Texnikum bitirən müəllimlərin işlə təmin olunmasında yaranan problemlərə gəldikdə, M. Mərdanov bildirib ki, müəllimlər seçilərkən onların universitet və yaxud texnikum bitirməsinə fərq qoyulmamalıdır: “Amma bu seçimi təhsil müəssisələrinin rəhbərləri həyata keçirirlər. Biz sadəcə tövsiyə edirik ki, işə götürmə zamanı diploma yox, müəllimin bilik və bacarığına üstünlük verilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR