Bank Of Baku

Azərbaycanda donuzlar arasında keçirilən monitorinq zamanı A/H1N1 virus daşıyıcısı aşkarlanmayıb

Azərbaycanda donuzlar arasında keçirilən monitorinq zamanı A/H1N1 virus daşıyıcısı aşkarlanmayıb
# 08 may 2009 09:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda donuzlar arasında A/H1N1 virus xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə keçirilən monitorinq zamanı bu virusun daşıyıcısı aşkarlanmayıb. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, aprelin 27-dən ölkə ərazisində saxlanılan donuzlar arasında A/H1N1 virus xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə başlanan monitorinq zamanı seçmə üsulla götürülən 388 qan nümunələrinin müayinəsi bu gün başa çatıb. DBX yekunlaşan müayinələrin nəticəsi nümunələrin heç birində A/H1N1 virus xəstəliyinin daşıyıcısına təsadüf edilmədiyini bildirib. Qeyd edək ki, monitorinq bütün ölkə ərazisi üzrə həyata keçirilib. Tədbirin aparıldığı təsərrüfatların heç birində nə xəstə, nə xəstəhal, nə də xəstəlikdən tələf olan heyvanlara rast gəlinməyib. A/H1N1 virus xəstəliyinin Azərbaycana keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. İyunun 1-də daha növbəti monitorinqə start veriləcəyi nəzərdə tutulur. Xəstəliyin profilaktikası üçün ölkəmizdə dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, həmçinin fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb, rayon (şəhər) baytarlıq idarələrinə, ərazilərində fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarında xəstəliyə qarşı baytarlıq-sanitariya tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, hal-hazırda A/H1N1 virus xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu məsələ daimi olaraq nəzarətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR